Türkiyə millisi Bakıda ispanları məğlub edib
16 İyun 2011 Cümə Axşamı 22:37
"Caspian Cup" futbol turnirinə yekun vurulub.
Bakıda keçirilən "Caspian Cup" futbol turnirinə yekun vurulub. 17 yaşadək yığma komandalar arasında keçirilən yarışın son günündə 7, 5, 3 və 1-ci yerlər uğrunda oyunlar keçirilib.
7-ci yer uğrunda qarşılaşmada Qırğızıstan və Tacikistan yığmaları qarşılaşıb. Taciklər bir qol vuraraq, 7-ci yeri tutub. Qırğızlar isə Bakıdan sonuncu - 8-ci yerin sahibi kimi yollanıb.
5-ci yer uğrunda Özbəkistan və Qazaxıstan yığmaları qarşılaşıb. Rəqibi 5 cavabsız qolla yenən qazaxlar 5-ci, özbəklər isə 6-cı olub.

Xatırladaq ki, 3-cü yer uğrunda keçirilən oyunda Azərbaycan millisi penaltilərlə Gürcüstan yığmasını məğlub edib.

Final oyununda isə İspaniya və Türkiyə yığmaları qarşılaşıb. Matçın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti seriyasında türklər daha dəqiq oynayaraq turnirin qalibi adını qazanıb - 4:3.

7-ci yer
Qırğızıstan - Tacikistan 0:1
Qol: M.Zoirov, 70.
Şağan Olimpiya İdman Kompleksi.

5-ci yer
Özbəkistan - Qazaxıstan 0:5
Qollar: A.Aymbetov, 26; 49; 50; 69. K.Taypov, 39.
"Dalğa Arena".

Final
Türkiyə - İspaniya 0:0 (Pen - 4:3)
"Dalğa Arena".

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar