Türkiyə millisi ABŞ-a məğlub oldu
30 May 2010 Bazar 01:15
Türklər Ardanın qolu ilə irəli çıxsalar, sonra qapılarında iki qol görüblər.
Futbol üzrə Türkiyə millisi ABŞ-dakı təlim-məşq toplanışı çərçivəsində bu ölkənin yığması ilə qarşılaşıb.
Oyunda hesabı Türkiyə futbolçuları açıblar. 27-ci dəqiqədə Arda Turan fərqlənib. Birinci hissə Türkiyə millisinin üstünlüyü ilə başa çatıb.
58-ci dəqidə ABŞ yığması Cozi Altidorun qolu ilə hesabı bərabərləşdirib. 75-ci dəqiqədə isə Klint Dempsi komandasını hesabda irəli çıxarıb-2:1. Oyun bu hesabla da başa çatıb.
Dünyanın bir sıra ölkələrinin yığmaları öz aralarında yoldaşlıq oyunları keçiriblər. Həmin oyunların nəticələri:
Slovakiya-Kamerun 1:1
Norveç-Çernoqoriya 2:1
Polşa-Finlandiya 0:0
Moldova-Birləşmiş Ərəb Əmirlikləri 2:3
Serbiypa-Yeni Zellandiya 0:1
İslandiya-Andorra 4:0
İspaniya-Səudiyyə Ərəbistanı 3:2
İsveç- Bosniya-Hersoqovina 4:2
Ukrayna-Rumıniya 3:2
Macarıstan-Almaniya 0:3.
Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan millisi Avstriyada Makedoniya yığması ilə qarşılaşıb. Komandamız 3:1 hesabı ilə məğlub olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: