Türkiyə kubokunun qalibi: Beşiktaş
14 May 2009 Cümə Axşamı 11:35
"Qara qartallar" final matçında "Fənərbaxça"nı 4-2 hesabı ilə məğlub edib

 

Futbol üzrə Türkiyə kubokunun qalibi müəyyən olub. Final matçında "Fənərbaxça"nı 4-2 hesabı ilə məğlub edən "Beşiktaş" Türkiyə kubokunun sahibi olub. "Beşiktaş"ın qollarına matçın 6-cı dəqiqəsində Yusif Şimşək, 73 və 80-ci dəqiqələrdə Bobo, 90-cı dəqiqədə isə Holosko imza atıb. "Fənərbaxça"dan isə Guiza və Aleks fərqlənib.

Finalda "Fənarbaxça"nı 4-2 hesabı ilə məğlub edən "Beşiktaş" tarixində 8-ci dəfə Türkiyə kubokunun sahibi olub. Super Liqada da çempionluq uğrunda mübarizə aparan komanda, kubok tarixindəki 47 il ərzində 14-cü dəfə final oynayıb ki, bu matçların da 8-də qələbə qazanaraq kubokun sahibi olub.

Matç başa çatdıqdan sonra  Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mahmud Özgener kuboku "Beşiktaş"lı oyunçulara təqdim edib.

Bu qələbə münasibətilə Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyip Ərdoğan klubun prezidenti İldırım Dəmirörənə teleqraf göndərərək bütün "Beşikataş"lıları təbrik ediblər. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar