Türkiyə futzal millisi Azərbaycana gəlir
06 Yanvar 2012 Cümə 16:36
Qardaş ölkənin futzalçıları V Bakı Beynəlxalq Futzal Turnirində iştirak edəcək.
2012-ci il yanvarın 14-dən 16-dək Bakı şəhərində V Bakı Beynəlxalq Futzal Turniri keçiriləcək. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, turnirdə Azərbaycan, Ukrayna, Türkiyə və Özbəkistan milli komandaları mübarizə aparacaq. Turnirin təqvimini diqqətinizə çatdırırıq:

14 yanvar

Saat 17:00. Ukrayna – Türkiyə
Saat 19:15. Azərbaycan – Özbəkistan

15 yanvar

Saat 17:00. Türkiyə - Özbəkistan
Saat 19:15. Azərbaycan- Ukrayna

16 yanvar

Saat 17:00. Özbəkistan – Ukrayna
Saat 19:15. Türkiyə – Azərbaycan

Oyunlar Bakı İdman Sarayında keçiriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar