Türkiyə Futbol Federasiyasının yeni prezidenti seçildi
27 Fevral 2012 Bazar Ertəsi 16:24
Yıldırım Dəmirörən 221 səslə bu posta yiyələnib.
Türkiyə Futbol Federasiyasına yeni prezident seçilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu posta Yıldırım Dəmirörən seçilib.

Ata Aksunun namizədliyini geri götürməsindən sonra tək namizəd olaraq mübarizə aparan Yıldırım Dəmirörən 229 mümkün səsdən 221-ni toplayaraq Türkiyə Futbol Federasiyasının sayca 41-ci prezidenti kimi tarixə düşüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar