Türkiyə Futbol Federasiyası prezidenti istefa verdi
14 İyun 2011 Çərşənbə Axşamı 19:43
Türkiyə Futbol Federasiyası prezidenti Mahmut Özgener istefa qərarının 2 səbəbini açıqlayıb.
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mahmut Özgener tutduğu vəzifədən istefa verib. Lent.az-ın məlumatına görə, Özgener qərarını iyunun 14-də keçirdiyi mətbuat konfransında açıqlayıb.
O, iyunun 29-da baş tutacaq növbədənkənar konfransda yenidən namizədliyini irəli sürməyəcəyini də bildirib. Özgener istefasına iki səbəb göstərib: “Birincisi, yaşadığım yerlə iş yerim arasındakı məsafə ailə həyatıma mənfi təsir edir. İkincisi səbəb futbolda hegemoniyasını quraraq, pərdə arxasından idarə etməyə çalışan zəif xarakterli insanlardır. Bu qərargahdan öz istəyilə ayrılan bir prezident kimi tarixə keçdiyimi düşünürəm. Bəziləri bu hərəkəti geri çəkilmə kimi anlaya bilər, amma mən irəli atılmış addım kimi dəyərləndirirəm”.
Özgener mətbuat konfransında jurnalistlərdən sual verməmələrini xahiş edib. O, bütün suallara bu yaxınlarda yemək stolu arxasında cavab verəcəyini bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: