Türkiyə çempionatında yenə lider dəyişdi
13 Noyabr 2010 Şənbə 10:50
“Kayserispor” klubu qələbə qazanaraq zirvəni ələ keçirib.
Futbol üzrə Türkiyə çempionatında XII turun açılış qarşılaşması baş tutub. “Kayserispor” klubu səfərdə “Konyaspor”la üz-üzə gəlib. Bu görüşdə “Kayserispor” 1:0 hesablı qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəlib.

Matçda yeganə qolu oyunun 89-cu dəqiqəsində Zalayeta vurub. Qarşılaşmadan sonra ”Kayserispor” klubunun baş məşqçisi Şota Arveladze komandasının çempionatın sonuna kimi hər oyuna qələbə qazanmaq üçün meydana çıxacağını bildirib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar