Türkiyə çempionatında "ulduz" futbolçuların sayı artır
17 Dekabr 2010 Cümə 12:50
“Beşiktaş” Simao Sabroza və Uqa Almeydanı İstanbula gətirir
Türkiyənin “Beşiktaş” klubu iki supertransferə imza atmaq ərəfəsindədir. İstanbul klubunun nümayəndələri iki portuqaliyalı futbolçu ilə razılığa gəlib. İspaniyanın “Atletiko” klubunun üzvü Simao Sabrazo və “Verder” klubunun formasını geyinən Uqo Almeyda “Beşiktaş”a keçməyə razılıqlarını veriblər. Bu iki futbolçunun önümüzdəki həftə İstanbula gələcəkləri gözlənilir. Onlarla rəsmi müqavilə də elə bu zaman imzalanacaq.

Xatırladaq ki, “Beşiktaş” daha əvvəl ispaniyalı Quti və portuqaliyalı Rikardo Kuarejma kimi futbolçuları transfer edərək Avropaya səs salmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar