Türkiyə çempionatında lider dəyişdi
08 Noyabr 2010 Bazar Ertəsi 10:15
“Qara dəniz fırtınası” zirvəni ələ keçirdi.
Futbol üzrə Türkiyə çempionatında XI turun oyunları keçirilib. Turun mərkəzi qarşılaşması Trabzon şəhərində baş tutub. Burada “Trabzonspor” “Qalatasaray” klubunu qəbul edib.

“Qara dəniz fırtınası” kimi tanınan “Trabzonspor” klubu ”Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edib. Oyunda hər iki qolu Umut Bulut vurub.

“Trabzonspor” bu mövsüm öz meydanında ”Fənərbaxça”, “Beşiktaş”ın ardından “Qalatasaray”ı da məğlub etməklə yadda qalıb. “Trabzonspor” bu qələbə sayəsində liderliyi ələ keçirib. “Qalatasaray” isə liderdən nə az, nə çox düz 10 xal geri qalır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar