Türkiyə çempionatı: “Qalatasaray” Trabzonda itki vermədi (VİDEO)
29 Aprel 2012 Bazar 00:52
“Sarı-qırmızılar” çempionluq qrupunda liderliyi davam etdirirlər.
Futbol üzrə Türkiyə çempionatının çempionluq qrupunda “Qalatsaray” növbəti qələbəsini qazanıb. ANS PRESS-in məlumatına görə, İstanbul klubu Trabzonda yerli “Trabzonspor”u 4:2 hesabı ilə məğlub edib.

Qarşılaşma ev sahibi klubun cəzası ilə əlaqədar yalnız uşaqlar və qadınlar izləyə bilib. “Qalatsaray”ın heyətində Necati Ateş iki, Selçuk İnan və Eboue isə hərəyə bir dəfə fərqləniblər. “Trabzonspor”un qollarını Kolman vurub.

Beləliklə, “Qalatasaray” bu qələbədən sonra xallarının sayını 45-ə yüksəldib və çempionluq qrupunda liderliyi davam etdirir. “Trabzonspor”un isə 31 xalı var.

Çempionluq qrupunda növbəti oyun bu gün keçiriləcək. “Fənərbaxça” öz meydanında “Beşiktaş”ı qəbul edəcək. Bununla da ilk dövrəyə yekun vurulacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar