Türkiyə çempionatı: “Qalatasaray” dövrəyə məğlubiyyətlə başladı (VİDEO)
30 Yanvar 2011 Bazar 04:00
“Bursaspor” “sarı-qırmızılar”ın çempionatdakı ümidlərinin üstündən xətt çəkdi.
Futbol üzrə Türkiyə çempionatının ikinci dövrəsinə start verilib. İstanbulun “Qalatasaray” klubu dövrənin ilk oyununu səfərdə lider “Bursaspor”a qarşı keçirib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesab 37-ci dəqiqədə açılıb. “Bursaspor”un oyunçusu Miller komandasını hesabda irəli çıxarıb. Bu qol etirazlara səbəb olub. Uzun müddət hakimlə mübahisə edən “Qalatasaray”ın futbolçuları qolun oyundankənar vəziyyətdən vurulduğunu iddia ediblər.
Birinci hissəyə əlavə edilmiş dəqiqələrdə meydan sahibləri top fərqini ikiyə çatdırıblar. Vederson təxminən 35 metrlik məsafədən qapıya zərbə vurub və “Qalatasaray”ın qapıçısı Ufukun səhvi üzündən top qapıdan keçib.
İkinci hissədə qapılara qol vurulmayıb. 64-cü dəqiqədə Ayhan Akmanın qırmızı kartla meydandan qovulması İstanbul klubunun işini daha da çətinləşdirib.
Bu qələbədən sonra “Bursaspor” xallarının sayını 41-ə çatdırdı və turnir cədvəlinə liderliyi davam etdirir. “Qalatasaray”ın isə 26 xalı var və liderlə arasındakı xal fərqini artırmaqdadır. anspress