İyunun 3-də Türkiyə və Azərbaycan U-21 milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Türkiyə Futbol Federasiyasından verlən məlumata görə, iyunun 3-də saat 22.00-da Kasımpaşa Rəcəp Tayyip Ərdoğan stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi türkiyəli Süleyman Abay idarə edəcək. Hakim köməkçiləri Sedat Etik və Gökmən Olqaç, qarşılaşmanın dördüncü hakimi isə Murad Esenlik olacaq. /ANS PRESS/