Türkiyə Avro-2020 uğrunda mübarizəyə başladı
23 Mart 2012 Cümə 17:17
Qardaş ölkə futbol üzrə qitə birinciliyini təşkil etmək arzusunu açıqlayıb.
Türkiyə 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatını təşkil etmək istəyini bildirən ilk ölkə olub. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, UEFA Avro-2020-ni təşkil etmək istəyən ölkələrin siyahısını rəsmi şəkildə növbəti həftədən tutmağa başlayacaq.

Bunadək Türkiyə Bakının da iddia etdiyi 2020-ci il Yay Olimpiya Oyunlarını təşkil etmək arzusunu açıqlamışdı. Müəxəssislər isə Türkiyənin futbol üzrə Avropa çempionatı və Olimpiadanı təşkil etmək şansının elə də yüksək olmadığını hesab edir.

Xatırladaq ki, futbol üzrə 2012 və 2016-cı il Avropa çempionatlarının keçiriləcəyi ölkələr artıq müəyyənləşib. 2012-ci il qitə birinciliyi Ukrayna və Polşada, 2016-cı il Avropa çempionatı isə Fransada təşkil ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar