Türk voleybolçu “Azerrail”ə transfer oldu
22 İyun 2010 Çərşənbə Axşamı 11:50
Nataliya Hanikoğlu karyerasını ölkəmizdə davam etdirəcək.
Türkiyə yığma komandasının üzvü və “Eczaçıbaşı” klubunun voleybolçusu Natalia Hanikoğlu karyerasını ölkəmizdə davam etdirəcək. Voleybolçu Bakının “Azerrail” klubuna transfer olunub.

Xatırladaq ki, Natalia Hanikoğlu rus əsilli Türkiyə vətəndaşıdır. Əvvəllər Rusiya yığmasının tərkibində çıxış edən idmançı türk voleybolçu Hakan Hanikoğlu ilə evləndikdən sonra Türkiyə komandasının şərəfini qoruyub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar