Türk idmançıya heykəl ucaldılacaq
30 Sentyabr 2011 Cümə 12:55
Voleybolçu Neslihan Darnelin adı əbədiləşdiriləcək.
Ümumdünya Voleybol Federasiyası (FİVB) türkiyəli voleybolçu Neslihan Darnelə heykəl ucaldacaq. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dünyanın ən yaxşı qadın voleybolçuları arasında seçim aparan FİVB Neslihan Darneldən başqa rusiyalı Yekaterina Qamova, çinli Xi Çanq, Yimei Vang və almaniyalı Sara Qollerin də adını əbədiləşdirmək qərarına gəlib.

Bu voleybolçuların heykəlləri və fotoşəkilləri nüfuzli voleybol turnirlərinin keçiriləcəyi salonların önündə nümayiş etdiriləcək və onların karyeraları haqqında azarkeşlərə məlumat veriləcək.

Xatırladaq ki, Neslihan Darnel hazırda Türkiyə yığmasının tərkibində İtaliya və Serbiyanın ortaq təşkil etdiyi Avropa çempionatında mübarizə aparır. Türkiyə yığması finala çıxmaq uğrunda ev sahiblərindən biri olan Serbiya kollektivi ilə mübarizəsinə aydınlıq gətirəcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar