Türk güləşçi erməni rəqibini məğlub edərək qızıl medal aldı
09 Sentyabr 2010 Cümə Axşamı 07:10
Selçuk Çebi: “Xalqıma bir gündə iki bayram sevinci yaşatdığım üçün özümü xoşbəxt hiss edirəm”.
Rusiyanın paytaxtı Moskvada keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Türkiyə milli komandasının güləşçisi erməni rəqibini məğlub edib. ANS PRESS “Anadolu” agentliyinə (AA) istinadən xəbər verir ki, Türkiyə milli komandasının güləşçisi Selçuk Çebi final qarşılaşmasında Arsen Culfalakyanı komanda hesabında məğlub edərək qızıl medala sahib olub.
Müsabiqədən sonra mətbuata açıqlama verən Selçuk Çebi bütün türklərin Ramazan bayramını təbrik edib: “Türk millətinin Ramazan bayramını təbrik edirəm. Xalqıma bir gündə iki bayram sevinci yaşatdığım üçün özümü xoşbəxt hiss edirəm”.
Mətbuat vasitəsilə həyat yoldaşına və oğluna da salam yollayan çempion türklüyün xüsusi bir imtiyaz olduğunu vurğulayıb: “Bir şeyi heç kim unutmasın ki, türk olmaq xüsusi bir üstünlükdür!” ANSPRESS
DOSTLARINLA PAYLAŞ: