Türk basketbolçular yunan azarkeşlərin hücuma məruz qalıb
22 Dekabr 2010 Çərşənbə 03:40
Təhlükəsizlik baxımından komandanın Türkiyə Kiprinə keçməsi üçün BMT-nin bölgədəki sülhməramlıları ilə danışıqlar aparılır
Kipr (yunan) respublikasında ölkənin “Apoel” komandası ilə qarşılaşan Türkiyənin “Pınar Karşıyaka” komandası oyundan sonra yunan azarkeşlərin hücumuna məruz qalıb. Komandanın baş meneceri Nihat Mala “Anadolu” agentliyinə (AA) verdiyi məlumatda matçdan sonra yerli azarkeşlər tərəfindən tüstü şaşkası, daş və dəyənəklərlə hücuma məruz qaldıqlarını deyib. Qrupda olan bəzi şəxslərin xəsarət aldıqlarını bildirən Mala təhlükəsizlik səbəbilə geyinmə otağından çıxmadıqlarını deyrib.
“Pınar Karşıyaka” klubunun İzmir şöbəsinin basketbol rəsmisi Nazim Torbaoğlu isə hal-hazırda qrupun “Nikosia” idman kompleksindən çıxaraq otelə doğru getdiklərini bildirib. Artıq məsələ ilə əlaqədar Xarici işlər nazirliyinin hərəkətə keçdiyini deyən Torbaoğlu təhlükəsizlik baxımından komandanın Şimali Kipr Türk Respublikasına (KKTC) keçməsi üçün BMT-nin bölgədəki sülhməramlıları ilə danışıqlar aparıldığını deyib.
Qeyd edək ki, FİBA “EuroChallenge” kuboku “G” qrupunda Kipr Respublikasının “Apoel” komandası ilə Türkiyənin “Pınar Karşıyaka” klubu arasında keçirilən qarşılaşmada ikincilər 82-80 hesabla məğlub olublar.
DOSTLARINLA PAYLAŞ: