Türk azarkeşlər Məsut Özili vətən xaini elan ediblər
09 Oktyabr 2010 Şənbə 10:45
Futbolçu Məsut Özil Almaniya – Türkiyə oyunu zamanı fitə basılıb.
Türk azarkeşlər Almaniya – Türkiyə matçında qol vuran türkəsilli futbolçu Məsut Özili vətən xaini elan ediblər. Almaniya yığmasının şərəfini qoruyan futbolçu oyun zamanı topla təmasda olduğu zaman qarşılaşmanın keçirildiyi Olimpiya stadionuna toplaşmış türk azarkeşlərin etiraz səsləri ilə qarşılanıb.
Bu etiraz nidaları oyunun 79-cu dəqiqəsində Məsut Özilin Türkiyə yığmasının qapısına yol tapmasından sonra daha da artıb. Türk azarkeşlər stadionda “Məsut Özil sən bir vətən xainisən” sözləri əks olunmuş plakatı açıblar. Məsut Özil isə Türkiyə yığmasının qapısına qol vurduqdan sonra sevinməyərək sakit şəkildə komanda yoldaşlarının təbriklərini qəbul edib.
Xatırladaq ki, Türkiyə millisi Almaniya ilə oyunda biabırçı məğlubiyyətlə uzləşib. Almanlar 42 və 87-ci dəqiqələrdə Miroslav Kloze, 79-cu dəqiqədə isə Məsud Özilin qolları ilə 3:0 hesablı qələbə qazanıblar. Beləliklə, qrupdakı üç oyunda 9 xal toplayan Almaniya millisi liderliyi ələ keçirib. Avstriya və Türkiyə komandalarının hərəyə 6 xalı, Belçika millisinin isə 3 xalı var. Qrupda yalnız Qazaxıstan və Azərbaycan milliləri xal üzünə həsrətdirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: