Türk azarkeşin başında butulka sındırdılar
05 Fevral 2011 Şənbə 07:25
“Real Madrid” ilə “Efes Pilsen” basketbol komadaları arasında keçirilən qarşılaşmadan sonra qalmaqal baş verib
İspaniyanın paytaxtı Madriddə yerli “Real Madrid” ilə Türkiyənin “Efes Pilsen” basketbol komadaları arasında keçirilən qarşılaşmadan sonra türk azarkeşlər hücuma məruz qalıb. ANS PRESS “Anadolu” agentliyinə (AA) istinadən xəbər verir ki, Madriddə yaşayan türk cütlük və Türkiyənin bu ölkədə olan səfirliyinin iki diplomatı matçdan sonra metroya doğru gedərkən 4-5 nəfərin hücumuna məruz qalıb. Türklərdən birinin başına butulka sındıran xuliqanlar digər türklərə də yumruq və təpiklə xəsarət yetiriblər. Naməlum şəxslər daha sonra hadisə yerindən qaçıblar. Yaxınlıqda olan polis idarəsinə gedərək hafisə barədə ifadə verən tüklər xuliqanlardan da şikayətçi olublar.
DOSTLARINLA PAYLAŞ: