"Turan" qapısında 21 top gördü
    28 Yanvar 2010 Cümə Axşamı 17:05
    Əyalət təmsilçisi “Azmetko”ya 7:21 hesabı ilə uduzub
    
                	 
    
         Bu gün futzal üzrə ölkə kubokunun oyunları keçirilib. AFFA-dan verilən məlumata görə, baş tutan 3 qarşılaşmanın hamısında çoxlul top vurulub. “Azmetko” – “Turan” matçında qapıçılar ümumilikdə 28 dəfə topu tordan çıxarmağa məcbur olub. 
“Azmetko”nun 21 topuna rəqib 7 dəfə cavab verə bilib. 
“DST” – “AMEA” qarşılaşması isə birincilərin 12:2 hesablı qələbəsilə yekunlaşıb. 
“Sumqayıt” futzal klubu isə “EURO ABM”ə 7:4 hesabı ilə qalib gəlib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: