“Turan” Premyer Liqadan imtina etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirdi
28 İyun 2012 Cümə Axşamı 12:13
Klub prezidenti: “Komanda Əsgər Abdullayevin baş məşqçiliyi altında iyulun 1-dən təlim-məşq toplanışına başlayacaq”
“Turan” klubunun Premyer Liqadan imtina etməsi ilə bağlı yayılan xəbərlər əsassızdır. Bunu ANS-ə “Turan” futbol klubunun prezudenti Yaşar Ibrahimov deyib. Klub prezidenti yerli futbolçular hesabına mübarizə aparacaqlarını bildirib. “Maliyyə sıxıntımız olduğundan legionerlərlə müqavilə imzalamayacağıq. “Turan” klubu Əsgər Abdullayevin baş məşqçiliyi altında iyulun 1-dən təlim-məşq toplanışına başlayacaq”, - deyə Yaşar İbrahimov qeyd edib. Xatırladaq ki, bu gün bəzi KİV-lərdə “Turan” futbol klubunun Premyer Liqadan imtina etməsi iləbağlı xəbərlər yayılmışdı.
DOSTLARINLA PAYLAŞ: