Turan klubunun baş məşqçisi Naci Şensoy susdu
24 Aprel 2011 Bazar 20:45
Naci Şensoy: "Oyun haqqında heç nə demək istəmirəm".
Tovuzun “Turan” klubunun baş məşqçisi Naci Şensoy Azərbaycan Premyer Liqasının XXVIII turunun “Gəncə” ilə oyunu haqda danışmaq istəməyib. Qərb derbisindəki məğlubiyyət türkiyəli çalışdırıcını susdurub.

Şensoy matçdan sonra keçirilən mətbuat konfransında elə bir cümlə ilə kifayətlənib: "Oyun haqqında heç nə demək istəmirəm".

Qeyd edək ki, “Gəncə” Qərb derbisində 1:0 hesabı ilə qalib gəlib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar