Turan klubu Tovuzda çətin qələbə qazandı
25 Mart 2012 Bazar 18:50
"Sumqayıt" isə "doğma divarlar" arasında "Simurq"la bacara bilməyib.
Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub. Turun son oyun günündə iki görüş baş tutub. Sonuncu pillədə qərarlaşan "Sumqayıt" "Simurq"la oyunda əlindən gələni etsə də, cədvəl ünvanını dəyişə bilməyib.

"Turan" isə əksinə iradə nümayiş etdirərək "Rəvan"la qarşılaşmada çətin qələbə qazanıb.

“Turan” – “Rəvan” 2:1
Taqim Novruzov, 45-pen (0:1), Azər Məmmədov, 45+1 (1:1), Georgi Beriaşvili, 58 (2:1)

“Sumqayıt” – “Simurq” 1:2
Daniel Genov, 2 (0:1), Anatoli Doroş, 55 (0:2), Yasin Abbasov, 90+2 (1:2)


DOSTLARINLA PAYLAŞ:

oyunlar