Turan klubu keçmiş oyunçularını geri çağırdı
06 Fevral 2012 Bazar Ertəsi 01:32
Muammer Ərdoğdu və Rəşid Həsənov yenidən Tovuz klubunda çıxış edəcək.
“Turan” heyətini daha iki futbolçu ilə gücləndirib. ANS PRESS-in fanat.az portalına istinadən verdiyi məlumata görə, Tovuz klubu keçmiş oyunçularını geri qaytarıb.
Belə ki, “Turan”dan ayrıldıqdan sonra “Kəpəz”də forma geyinən türk oyunçu Muammer Ərdoğdu və Rəşid Həsənov yenidən tovuzluların uğurları üçün tərk tökəcək.
Qeyd edək ki, “Turan” bundan əvvəl Asəf Qədiri, Xəyal Qarayev, Cavad Mirzəyev (üçü də “Kəpəz”) və Natiq Kərimini (“Rəvan”) heyətinə qatmışdı.
DOSTLARINLA PAYLAŞ: