“Turan” - “Kəpəz” oyununda qan düşdü
14 Avqust 2011 Bazar 00:30
Gəncəli azarkeşlər hakimin başını yardılar
Azərbaycan Premyer Liqasının II turunun açılış oyunu qalmaqalla başlayıb. Apasport.az saytının xəbərinə görə, Tovuzda yerli “Turan”la “Kəpəz” arasındakı qarşılaşmada qan tökülüb. Belə ki, bir neçə epizodda baş hakim Vüsal Əliyevin qərarına etiraz edən qonaq azarkeşlər onun qisasını referidən çıxıblar. Gəncəli fanatlar ikinci hissənin əvvəllərində yan xətt hakimi Elşən Acalovu daşa basıblar. Başından zərbə alan referi bu vaxt yerə yıxılıb.
Vəziyyətin gərginləşdiyini görən Vüsal Əliyev matçı dayandırıb. 7 dəqiqəlik gecikmədən sonra qərb derbisi davam etdirilib. Məlumata görə, Acalovun başı yarılıb.
DOSTLARINLA PAYLAŞ: