Turan futbol klubunun bazası yandı
08 Dekabr 2012 Şənbə 23:40
Bununla bağlı "Turan"-"Bakı" matçı 10 dekabr tarixindən başqa tarixə keçirilib
“Turan”ın Peşəkar Futbol Liqasına ünvanladığı məktubunda 7 dekabr 2012-ci il tarixində Tovuz şəhər stadionunun inzibatı binasında yanğın hadisəsinin baş verdiyi, komandaların geyinib-soyunma otaqlarının yararsız hala düşdüyü və təmir üçün müəyyən müddət tələb olunduğu bildirilib. PFL-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bundan sonra PFL Qərb Regional Futbol Federasiyasının prezidenti Mehdi Salmanova mürəciət edərək stadiona baxış keçirməyi və baş vermiş hadisə ilə əlaqədar olaraq öz rəyini bildirməyi xahiş edib.
Yuxarıda göstərilənləri, QRFF-in prezidentinin rəyini, hadisənin nəticələrini əks etdirən görüntüləri və “Bakı”nın razılıq məktubunu nəzərə alaraq PFL-in prezidenti R. Musayev Topaz Premyer Liqasının 16-cı turunun “Turan” – “Bakı” matçının 10 dekabr 2012-ci il tarixindən başqa tarixə keçirilməsi barədə əmr imzalayıb.
DOSTLARINLA PAYLAŞ: