Turan Almaniya klubu ilə qarşılaşacaq
18 Yanvar 2011 Çərşənbə Axşamı 16:25
Təmsilçimiz Turan MSV "Pampov"la üz-üzə gələcək.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Tovuzun "Turan" klubu hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdırıb. Peşəkar Futbol Liqasından verilən məlumata görə, Tovuz təmsilçisi ilk oyununu sabah Almaniya III liqa təmsilçisi MSV "Pampov"a qarşı keçirəcək.

“Turan” yanvarın 25-də Ukraynanın "Obolon" klubunu sınağa çəkəcək. Digər iki rəqibin kimliyi isə hələlik məlum deyil. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar