Tromse – İnter matçının biletləri satışa çıxarılıb
16 İyul 2013 Çərşənbə Axşamı 08:20
Ən ucuz biletlərin qiyməti 50, ən yüksəyi isə 150 krondur.
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Tromse” – “İnter” matçının biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, iyulun 18-də “Alfheym” stadionunda baş tutacaq matç üçün artıq biletlərin qiyməti də bəlli olub.

Ən ucuz biletlərin qiyməti 50, ən yüksəyi isə 150 krondur (Norveç milli pul vahidi).

Qeyd edək ki, iyulun 18-də keçiriləcək bu komandaların oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü isə Ukraynadan olan hakim Yuri Mozharovski idarə edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar