Trezege “Yuventus”dan ayrıldı
29 Avqust 2010 Bazar 00:50
Klub prezidenti: “David hər zaman azarkeşlərin qəlbində qalacaq”.
Fransa millisinin keçmiş oyunçusu David Trezege Turinin “Yuventus” klubu ilə müqaviləsini tərəflərin qarşılıqlı razılığı ilə ləğv edib.
““Yuve”nin digər bütün azarkeşləri kimi məndə də Davidlə bağlı, onun 10 il ərzindəki 171 qolu ilə bağlı isti xatirələr qalıb”-deyə İtaliya klubunun prezidenti Andrea Anyelli bildirib: “Bu, əsl məhəbbət tarixidir. David hər zaman azarkeşlərin qəlbində qalacaq”.
1998-ci ilin dünya çempionu, 32 yaşlı David Trezegenin yeni komandası İspaniya premyer-liqasının debütantı “Erkules” olacaq. Bu komanda futbolçunun həyat yoldaşının vətəni Altkante şəhərini təmsil edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: