Trezege Türkiyədən təklif alıb
07 İyul 2010 Çərşənbə 17:25
Futbolçu Trezege "Yuventus"dan ayrılmaq qərarına gəlib.
“Yuventus” klubundan ayrılacağı dəqiqləşən fransız futbolçu David Trezegenin meneceri Antonio Kaliondo müştərisinin Türkiyə klublarından birindən təklif aldığını bildirib. “ Hazırda “Valensiya" ilə danışıqlar aparırıq. Bundan başqa Türkiyədən də bir rəsmi təklif almışıq. İndi bu təklifləri dəyərləndirməklə məşğuluq”, - deyə Trezegenin meneceri vurğulayıb.

Antonio Kaliondo Trezege ilə maraqlanan Türkiyə klubunun adını açıqlamayıb.

Xatırladaq ki, David Trezege 2000-ci ildə Fransanın “Monako” klubundan “Yuventus”a transfer olunmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar