Transfer komitəmiz Raul ilə heç vaxt maraqlanmayıb
15 İyul 2010 Cümə Axşamı 18:10
Beşiktaş Quti ilə hələ də danışıqlar aparır.
Beşiktaş klubunun “Real Madrid”in ulduz futbolçusu Raul ilə maraqlanması ilə bağlı xəbərlərin əsassız olduğu bildirilib. Bu barədə klubun mətbuat katibi Mete Düren məlumat verib. Klubun sözçüsünün bildirdiyinə görə, transferlə bağlı “Real Madrid”li Quti ilə danışıqlar aparılsa da, hələlik heç bir razılşamanın imzalanmadığını bildirib.

Raulla bağlı bəzi xəbərlərin yayıldığını bildirən mətbuat katibi: “transfer komitəmiz Raul ilə heç vaxt maraqlanmayıb”,-deyə bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar