“Trabzonspor” İstanbulda “Qalatasaray”ı məğlub etdi
11 Aprel 2011 Bazar Ertəsi 01:29
Trabzon klubu sona altı tur qalmış turnir cədvəlinin lideridir
Türkiyə çempionatının 28-ci turunda “Trabzonspor” səfərdə “Qalatasaray”la qarşılaşıb. Oyun azarkeşsiz keçirilib.

Qarşılaşma “Trabzonspor”un 1:0 hesağlı qələbəsi ilə başa çatıb. Qolu 81-ci dəqiqədə Burak Yılmaz vurub. 74-cü dəqiqədə Kazım Kazım qırmızı kartla meydandan qovulub və “Qalatsaray” 10 nəfərlə qalıb.

“Trabzonspor” “Qalatsaray”a sonuncu dəfə İstanbulda 2005-ci il aprelin 10-da qalib gəlmişdi. Sonrakı beş oyun “sarı-qırmızılar”ın qələbəsi ilə başa çatmışdı. Nəhayət, altı ildən sonra yenə aprelin 10-də “Trabzonspor” İstanbulda “Qalatsaray”ı məğlub etdi. Bu qələbədən sonra “Trabzonspor” çempionatın başa çatmasına altı həftə qalmış xallarının sayını 66-ya çatdırıb və turnir cədvəlinin lideridir.

Bu mövsüm üç baş məşqçinin çalışdırdığı “Qalatasaray”da isə sular durulmur. Tarixinin ən çətin günlərini keçirən komanda uğursuzluqlara “Trabzonspor” qarşısında da son qoya bilmədi.

Qarşılaşmanı Türkiyə millisinin baş məşqçisi Quus Hiddink və köməkçiləri də izləyiblər.

Oyunda futbolçulara 9 kart (1 qırmızı, 8 sarı) göstərilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar