"Trabzonspor" "İnter"ə rəqib oldu
25 Avqust 2011 Cümə Axşamı 22:05
Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb
Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb. "Fənərbaxça"nın əvəzinə turnirdə iştirak hüququ əldə edən “Trabzonspor” "İnter", "Lill" və ÇSKA-ya (Moskva) rəqib olub.
Ən çətin qrup kimi A və D qrupu xarakterizə olunur. A qrupuna Almaniyanın "Bavariya", İspaniyanın "Vilyarreal", İngiltərənin "Mançester Siti" və İtaliyanın "Napoli" klubu düşüb. D qrupunda isə “Real”, “Olimpik” (Lion), “Ayaks” və “Dinamo” (Zaqreb) yer alıb.
A qrupu: “Bavariya” (Almaniya), “Vilyareal” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Napoli” (İtaliya)
B qrupu: “İnter” (İtaliya), ÇSKA (Moskva, Rusiya), “Lill” (Fransa), “Trabzonspor” (Türkiyə)
C qrupu: “Mançester Yunayted” (İngiltərə), “Benfika” (Portuqaliya), “Bazel” (İsveçrə), “Oselul” (Rumıniya)
D qrupu: “Real” (İspaniya), “Lion” (Fransa), “Ayaks” (Hollandiya), “Dinamo” (Zaqreb, Xorvatiya)
E qrupu: “Çelsi” (İngiltərə), “Valensiya” (İspaniya), “Bayer” (Almaniya), “Genk” (Belçika)
F qrupu: “Arsenal” (İngiltərə), “Marsel” (Fransa), “Olimpiakos” (Yunanıstan), “Borussiya” (Dortmund, Almaniya)
G qrupu: “Porto” (Portuqaliya), “Şaxtyor” (Ukrayna), “Zenit” (Rusiya), “Hapoel” (İsrail)
H qrupu: “Barselona” (İspaniya), “Milan” (İtaliya), BATE (Belarus), “Viktoriya” (Çexiya)
DOSTLARINLA PAYLAŞ: