Tour d’Azerbaijan I mərhələsinin qalibi azərbaycanlı oldu
01 May 2013 Çərşənbə 16:46
“Sinerji Baku”nun təsmilçisi Konnor Makkonvi finiş xəttinə birinci çatıb.
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş velosiped yürüşü bu gün Heydər Əliyev mərkəzinin qarşısından start götürüb. ANS PRESS-in verdiyi məlumata görə, idmançilar Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostanisiyası arasinda 11 dəfə dövrə vurublar. Onlar ilk mərhələdə 157 km məsafəni qət ediblər.
Yarışda 41 ölkədən 25 komanda medallara iddialidir. “Tour de Azerbaijan”da ölkəmizi “Sinerji Baku” komandası təmsil edir. Elə ilk mərhələnin qalibi də “Sinerji Baku”nun üzvü olub.
Baxmayaraq ki, yarışda Andre Qreypel kimi güclü iştirakçi var idi, “Sinerji Baku”nu təsmil edən Konnor Makkonvi Qreypeli, eləcə də bütün veloyürüşçüləri qabaqlayaraq finiş xəttinə birinci çatıb. Finiş xəttinə ikinci Kristin Hauqard Yensen, 3-cü isə Gent Jan Bosman gəlib.
Xatırladaq ki, “Tour de Azerbaijan”ın ikinci mərhələsində velosipedçilər Bakidan Şamaxi-İsmayilli istiqamətində yola düşəcəklər. Burada idmançilar 183 km məsafəni qət etməli olacaqlar.
DOSTLARINLA PAYLAŞ: