“Tottenhem”in oyunçusu azarkeşi boğmaq istəyib
    13 Dekabr 2009 Bazar 01:40
    Azarkeşin boğazını Benua Assu-Ekottonun əlləri arasından məşqçi xilas edib
    
                	 
    
         Londonun “Teottenhem” klubunun müdafiəçisi Benua Assu-Ekotto futbol fanatı ilə dalaşıb. “Vulverhempton”la oyunda məğlubiyyətdən sonra kamerunlu futbolçu azarkeşlərdən biri ilə söyüşməyə başlayıb. Sözdən işə keçməyi qərara alan Benua Assu-Ekotto fanatın boğazından yapışıb və onu boğmağa başlayıb. Azarkeşi “Tottenhem”in məşqçisi Co Cordan xilas edib. 
“Tottenhem”in nümayəndəsi bildirib ki, klub hadisə ilə bağlı araşdırma aparacaq. Klub rəsmisi etiraf edib ki, insidentlə polis də maraqlanır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: