Toni Adams “San Paulo”nun futbolçusunu ölkəmizə gətirir
16 İyul 2010 Cümə 11:45
“Qəbələ” 5 futbolçu ilə danışıqlar aparır.
Baş məşqçi postuna əfsanəvi ingilis futbol mütəxəssisi Toni Adamsı gətirərək adından bütün Avropada söz etdirən “Qəbələ” futbol klubu bu gündən etibarən Bakıda hazırlıqlara başlayıb.
“Qəbələ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nail Kərimovun ANS PRESS-ə verdiyi məlumata görə, komandanın baş məşqçisi 5 futbolçu ilə müqavilə bağlanmasını istəyib. Bu futbolçularla artıq danışıqlara başlanılıb. Futbolçuların arasında braziliyalı və negeriyalı idmançılar da var.
Onlar gənc olsalar da baş məşqçi Toni Adams futbolçuların nəyə qadir olduqlarına bələddir. Belə ki, ingilis məşqçi bu futbolçuları baxışa çağırmayaraq onlarla birbaşa müqavilə bağlanmasını istəyib.
“Qəbələ” ilə müqavilə imzalayacaq futbolçular arasında Braziliyanın məşhur “San Paulo” klubunun üzvü də var. Xatırladaq ki, “Qəbələ” futbol klubu sabah Bakıda “Neftçi” ilə yoxlama oyunu keçirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: