Toni Adams "Qəbələ"dən getməyəcək
24 Fevral 2011 Cümə Axşamı 22:06
"Birinci və ya ikinci "altılıq"da olmağımızın mənim işimə dəxli yoxdur"
“Məqsədimiz “Gəncə” ilə oyunda qələbə qazanmaqdır. Bundan başqa bu görüşdə bəzi oyunçulara şans verəcəm. Onları sınaqdan keçirəcəyəm”. Bu sözləri “Qəbələ”nin baş məşqçisi Toni Adams deyib.
İngilis mütəxəssis komandası ilk “altılığ”a düşməyəcəyi halda istefa verməyəcəyini də bildirib: “Təbii ki, istefa verməyəcəyəm. 1-ci və ya 2-ci “altılıq”da olmağımızın mənim işimə dəxli yoxdur. Yəni ilk “altılıq”dan kənarda qalsaq da, komandadan getməyəcəm”.
DOSTLARINLA PAYLAŞ: