Toni Adams Azərbaycanda
10 May 2010 Bazar Ertəsi 11:35
Məşhur futbolçu Toni Adams “Qəbələ”nin oyununu izləməyə macal tapıb.
İngiltərə yığma komandasının üzvü, “Arsenal” klubunun əfsanəvi futbolçusu Toni Adams “Qəbələ” futbol klubunun rəsmilərinin dəvəti ilə ölkəmizə səfər edib. “Qəbələ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nail Kərimovun ANS PRESS-ə verdiyi məlumata görə, Toni Adams “Bakı” və “Qəbələ” futbol klublarının əvəzedici heyətləri arasında qarşılaşmanı və “Qəbələ”– “Neftçi” oyununu stadiondan izləyib.

“Qəbələ” futbol klubundan yaxın günlərdə Toni Adamsın mətbuata təqdim ediləcəyi və futbol mütəxəssisinin klubda hansı vəzifəni tutacağı haqda açıqlama veriləcəyini bildirdilər.

Xatırladaq ki, Toni Adams futbolçu karyerasını bitirdikdən sonra “Uikom Uonderers” və “Portsmut” klublarında məşqçilik təcrübəsi əldə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar