Tofiq Behramov stadionu futbolsuz qalacaq
26 Avqust 2013 Bazar Ertəsi 16:43
Tofiq Behramov stadionu futbolsuz qalacaq. Merkezi arenada ev oyunlarını keçiren yegane klub “Qarabağ” öz stadionuna köçmeye hazırlaşır.
Ölkənin bir nömrəli futbol arenası olan Tofiq Bəhramov adına stadion futbolsuz qala bilər. Stadionun direktoru Akif İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, müqavilə ilə ev oyunlarını ölkənin bir nömrəli futbol arenasında keçirən yeganə Azərbaycan klubu “Qarabağ” öz stadionunun tikintisi ilə məşğulur. Yeni stadionun tikintisi başa çatıqdan sonra Ağdam təmsilçisi respublika stadionundan çıxacaq.

“Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovun ANS PRESS-ə verdiyi məlumata görə, klub stadionu Yeni Suraxanı qəsəbəsində inşa olunur. Yeni stadionun 2014-cü ilin axırlarında istifadəyə veriləcəyi gözlənilir.

Akif İsmayılov “Qarabağ”ın öz stadionunda məskunlaşdıqan sonra Tofiq Bəhramov adına respublika stadionunda atletika yarışlarının keçiriləcəyini bildirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar