Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir ediləcək
06 İyul 2011 Çərşənbə 19:24
Prezident İlham Əliyevin sərəncamı ilə Prezidentinin ehtiyat fondundan bunun üçün Gənclər və İdman Nazirliyinə 10 milyon manat vəsait ayrılacaq.
Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmiri və yenidən qurulması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 10,0 (on) milyon manat məbləğində vəsait ayrılacaq.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: