Tissot Cup turnirinə yekun vurulub
23 İyul 2011 Şənbə 21:52
İlk yeri tutan komandanın üzvlərinə, eləcə də turnirin ən sərrast oyunçusuna VMF şirkəti tərəfindən “Tissot” saatları hədiyyə edilib.
Milli mətbuat gününə həsr olunmuş kütləvi informasiya vasitələri arasında keçirilən çimərlik futbolu üzrə “Tissot” kuboku turnirinə yekun vurulub. VMF şirkətinin AFFA ilə birgə təşkil etdiyi yarışda ANS komandası 3-cü yer uğrunda yarışıb.
ANS-çilər “Sportsmen” jurnalının futbolçuları ilə qarşılaşıblar. Komandamız oyunun gedişində 1-6 hesabı ilə geridə olsa da, sonradan qarşılaşmada dönüş yarada bilib. Lakin, əməkdaşlarımızın gücü yalnız hesab arasındakı fərqi minimuma endirməyə çatıb. Nəticədə görüş rəqibin 6-5 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində Gündüz Abbaszadə 3, Natiq İsmayılov isə 2 qol vurub. Nəticədə, ANS turniri 4-cü yerdə başa vurub. Turnirin final matçında isə “Space TV” və “Olimpiya.az” saytının birləşmiş komandası “İdman Azərbaycan” telekanalının kollektivləri üz-üzə gəlib. Bu qarşılaşmada 4-2 hesablı qələbə qazanmış “Space”çilər “Tissot” kuboku turnirinin qalibi olublar.
Qeyd edək ki, ANS komandasının heyətində Gündüz Abbaszadə 8 qolla turnirin bombardiri olub. İlk yeri tutan komandanın üzvlərinə, eləcə də turnirin ən sərrast oyunçusuna VMF şirkəti tərəfindən “Tissot” saatları hədiyyə edilib. “Tissot” digər mükafatçı komandalar da əliboş yola salmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: