TFF qərarını açıqladı
15 Avqust 2011 Bazar Ertəsi 23:15
"Qara siyahı"ya Əziz Yıldırım başda olmaqla, bir çox tanınmış məşqmilər və futbolçular düşüb
Türkiyə Futbol Federasiyası oyun alqı-satqısı ilə bağlı başlanan cinayət işi ilə bağlı qərarını açıqlayıb. ANS PRESS Fanat.az saytına istinadən xəbər verir ki, aylardır Türkiyənin gündəmini zəbt edən olaylarla bağlı bu gün toplaşan futbol qurumunun rəhbəri saatlarla davam edən iclasdan sonra qərar qəbul edib.

TFF-nin qərarını mətbuata qurumun rəhbəri Mehmet Ali Aydınlar açıqlayıb. Aydınlar bildirib ki, prokurorluq tərəfindən məhkəmə qərarı ilə gizli aparılan istintaqın əldə etdiyi dəlillər TFF-yə təqdim olunmadığından yekun qərar qəbul edilməyib. Federasiya oyun alverində ittiham olunan klub və şəxslərin cəzalandırılması ilə bağlı qərar qəbul etməsə də, həbs olunan və barələrində həbs qərarı seçilməyən bir sıra idarəçilərin işini Peşəkar Futbol İntizam Komitəsinə göndərib. Onların arasında Aziz Yıldırım başda olmaqla bir sıra tanınmış şəxslər var:

1. Əziz Yıldırım ("Fənərbaxça"nın prezidenti)
2. Mehmet Şekip Mosturoğlu ("Fənərbaxça"nın İdarə Heyətinin üzvü)
3. İlhan Yüksel Ekşioğlu ("Fənərbaxça"nın İdarə Heyətinin üzvü)
4. Tamer Yelkovan ("Fənərbaxça"nın baş mühasibi)
5. Cemil Turan ("Fənərbaxça"nın Həvəskar Şöbələrinin baş kordinatoru)
6. Serdal Adalı ("Beşiktaş"ın vitse-prezidenti)
7. Tayfur Havutçu ("Beşiktaş"ın baş məşqçisi)
8. Ahmet Ateş ("Beşiktaş"ın mühafizə xidmətinin rəhbəri)
9. İbrahim Akın ("İstanbul BB"nin futbolçusu)
10. İskender Alın ("İstanbul BB"nin futbolçusu)
11. Mecnun Odyakmaz ("Sivasspor"un prezidenti)
12. Ahmet Çelebi ("Sivasspor"un İdarə Heyətinin üzvü)
13. Korcan Çelikay ("Sivasspor"un qapıçısı)
14. Bülent Uyğun ("Eskişəhərspor"un sabiq baş məşqçisi)
15. Ümit Karan ("Eskişəhərspor"un sabiq idman direktoru)
16. Ömer Ülkü ("Giresunspor"un prezidenti)
17. Coşkun Çalık ("Giresunspor"un İdarə Heyətinin üzvü)
18. Serdar Kulbilge ("Gənələrbirliyi"nin sabiq futbolçusu)
19. Cengiz Demirel ("Gənələrbirliyi"nin sabiq məşqçisi)
20. Erdem Konyar (menecer)
21. Yavuz Ağırgöl ("Fənərbaxça"nın mühafizə xidmətinin rəhbəri)
22. Serdar Berkin ("Adanaspor"un məşqçisi)
23. Mehmet Şen ("Ankaraspor"un meneceri)
24. Hikmet Karaman ("Manisaspor"un sabiq baş məşqçisi)
25. Serkan Acar ("Fənərbaxça"nın klub müdiri)
26. Zafer Önder İpek ("Gənclərbirliyi"nin klub müdiri)
27. Alaaeddin Yılıdırm ("Fənərbaxça"nın İdarə Heyətinin üzvü)
28. Hasan Çetinkaya ("Fənərbaxça"nın meneceri)
29. Gökçek Vederson ("Bursaspor"un futbolçusu)
30. Güde Fazıl Özdemir (menecer)
31. Zafer Tüzün ("Eskişəhərspor"un vəkili)
32. Beşir Acar ("Mersin İdman Yurdu"nun vitse-prezidenti)
33. Yılmaz Vural ("Konyaspor"un sabiq baş məşqçisi)
34. Sezer Öztürk ("Eskişəhərspor"un sabiq futbolçusu)
35. Emanuel Emenike ("Fənərbaxça"nın sabiq futbolçusu)
36. Mahmut Boz ("Gənclərbirliyi"nin futbolçusu)
37. Mehmet Yıldız ("Sivasspor"un sabiq futbolçusu)
38. Levent Eriş ("Boluspor"un sabiq baş məşqçisisi)
39. Sadri Şener ("Trabzonspor"un prezidenti)
40. Recep Denizer ("Trabzonspor"un İdarə Heyətinin üzvü)
41. Can Arat ("İstanbul BB"nin futbolçusu)
42. Önder Turacı ("Kayserispor"un sabiq futbolçusu)
43. Nevzat Şakar ("Trabzonspor"un vitse-prezidenti)
44. Osman Murat Özaydınlı ("Fənərbaxça" İdarə Heyətinin üzvü)
45. Ekrem Okumuş (menecer)
46. Sadrettin Fırat Kocaoğlu ("Kasımpaşa"nın futbolçusu)
47. Zafer Demiray ("Körfezspor"un sabiq oyunçusu)
48. Faruk Taşseten ("Sivasspor"un İdarə Heyətinin üzvü)
49. Mehmet Oflaz ("Sivasspor"un vitse-prezidenti)
50. Fatih Hocaoğlu ("Giresunspor"un genəl müdiri)
51. Murat Öztürk ("Fənərbaxça"nın qapıçılarla işləyən məşqçisi)
52. Semih Şentürk ("Fənərbaxça"nın futbolçusu)



DOSTLARINLA PAYLAŞ:

oyunlar