Teymur Rəcəbovməğlub oldu
12 İyun 2011 Bazar 01:33
Teymur Rəcəbov "Kings Tournament"dəki ilk oyunda məğlub oldu
Rumıniyanın Mediaşe şəhərində ənənəvi “Kings Tournament” şahmat turniri başlayıb. Yarışda Azərbaycanı Teymur Rəcəbov təmsil edir.
ANS PRESS-in turnirin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Teymur Rəcəbov turnirin ilk günündə ukraynalı Vasili İvançukla qarşılaşıb. Qrossmeysterimiz qara fiqurlarla oynayıb. Oyun ukraynalı şahmatçının 35-ci gedişdə qələbəsi ilə başa çatıb.
Günün digər qarşılaşmaları: Maqnus Karlsen (Norveç) - Xikaru Nakamura (ABŞ) - 1:0, Liviu-Diter Nisipənu (Rumıniya) - Sergey Karyakin (Russiya) - 0,5-0,5.
Teymur Rəcəbov turnirin ikinci günündə rusiyalı Sergey Karyakinlə qarşılaşacaq.
Turnir iyunun 21-də başa çatacaq.
DOSTLARINLA PAYLAŞ: