Teymur Rəcəbov yenə heç-heçə etdi
27 Mart 2013 Çərşənbə 23:31
Londonda şahmat üzrə iddiaçılar turniri davam edir. Azərbaycan qrossmeysteri Teymur Rəcəbov rusiyalı Pyotr Svidlerlə qarşılaşıb.
Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turniri davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov rusiyalı Pyotr Svidlerlə qarşılaşıb. İlk dövrədə rəqibinə uduzan zəka sahibimiz bu dəfə Svidlerlə heç-heçə edib.
Digər görüşlərdə isə Maqnus Karlsen Boris Gelfandı, Levon Aronyan Vasili İvançuku və Vladimir Kramnik Aleksandr Qrişuku məğlub edib.
X tur
Teymur Rəcəbov (Azərbaycan, 2793) - Pyotr Svidler (Rusiya, 2747) - 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2872) - Boris Gelfand (İsrail, 2740) - 1:0
Levon Aronyan (Ermənistan, 2809) - Vasili İvançuk (Ukrayna, 2757) - 1:0
Aleksandr Qrişuk (Rusiya, 2764) - Vladimir Kramnik (Rusiya, 2810) – 0:1
Xal durumu: Karlsen – 7, Aronyan – 6,5, Kramnik – 6, Qrişuk, Gelfand, Svidler – 4,5, Rəcəbov, İvançuk – 3,5.
DOSTLARINLA PAYLAŞ: