Teymur Rəcəbov Vasili İvançukla qarşılaşacaq
11 İyun 2011 Şənbə 18:23
Rumıniyanın Mediaş şəhərində FİDE-nin XXI kateqoriyalı Kral turniri start götürür
Bu gün Rumıniyanın Mediaş şəhərində FİDE-nin XXI kateqoriyalı (orta reytinq 2758) iki dövrədən ibarət Kral turniri başlanır. Turnirdə Maqnus Karlsen (Norveç, 2815), Vasili İvançuk (Ukrayna, 2776), Sergey Karyakin (Rusiya, 2776), Hikaru Nakamura (ABŞ, 2774), Teymur Rəcəbov (Azərbaycan, 2744) və Liviu-Diter Nisipyanu (Rumıniya, 2662) iştirak edirlər.
Azərbaycan qrossmeysterinin ilk rəqibi Vasili İvançuk olacaq. Teymur Rəcəbov rəqibinə qarşı qara fiqurlarla oynayacaq.
İlk turda habelə Maqnus Karlsen - Hikaru Nakamura və Liviu-Diter Nisipyanu - Serqey Karyakin cütlükləri qarşılaşırlar.
DOSTLARINLA PAYLAŞ: