Teymur Rəcəbov sülhsevərlik nümayiş etdirir
16 İyun 2011 Cümə Axşamı 13:32
Şahmatçımız Teymur Rəcəbov Kings Mediaş turnirində ardıcıl 5-ci görüşünü heç-heçə oynayıb.
Şahmatçımız Teymur Rəcəbov Rumıniyada keçirilən Kings Mediaş turnirində 5-ci görüşünü keçirib. Həmyerlimiz 5-ci oyun günü rəqibi Amerika Birləşmiş Ştaralını təmsil edən Hikaru Nakamura ilə üz-üzə gəlib.

Ağ fiqurlarla oynamış şahmatçımız 30-cu gedişdə rəqibi ilə sülh bağlayıb. Nəticədə 5 görüşdən 4-də xal bölgüsünə razılaşmış Rəcəbov, 2 xalla 6 şahamtçı siyahısında sonuncudur. Cədvələ isə əvvəlki kimi Maqnus Karlsen başçılıq edir. O, 5 oyunda 3 xal yarım toplayıb. Teymur 6-cı turda ukraynalı Vasili İvançukla qarşılaşacaq. Bu dəfə də ağ fiqurlarla.

Xatırladaq ki, Mediaş turnirinə iyunun 22-də yekun vurulacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar