Teymur Rəcəbov “Kings Tournament”in liderləri sırasındadır
17 İyun 2010 Cümə Axşamı 00:50
Qrossmeysterimiz Teymur Rəcəbov üçüncü turda ukraynalı Ruslan Ponomoaryovu məğlub edib.
Rumıniyanın Mediaş şəhərində keçirilən şahmat üzrə “Kings Tournament” turnirində üç turdan sonra üç lider var. Bunlar israilli Boris Helfand, rumıniyalı Liviu-Diter Nisipyanu və Azərbaycan qrossmeysteri Teymur Rəcəbovdur. Onların hər biri iki xal toplayıblar.
Boris Helfand üçüncü turda norveçli Maqnus Karlsenlə, Liviu-Diter Nisipyanu isə çinli Van Yue ilə heç-heçə oynayıb. Teymur Rəcəbov isə ukraynalı Ruslan Ponomoaryovu məğlub etməklə liderlərin sırasına qoşulub.
İyunun 25-nədək davam edəcək turnirdə üç turdan sonra iştirakçıların xalları belədir: Boris Helfand, Liviu-Diter Nisipyanu, Teymur Rəcəbov-hər biri 2 xal, Maqnus Karlsen-1,5 xal, Ruslan Ponomaryov, Van Yue-hər biri 1 xal. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: