İspaniyada keçirilən şahmat üzrə ənənəvi beynəlxalq Linares superturniri davam edir. Yarışda Azərbaycanı təmsil edən beynəlxalq qrossmeyster Teymur Rəcəbov yarışın 12-ci turunda kubalı Leinier Dominguez Perezlə qarşılaşıb. Teymur Linares turninin autsayderi ilə qarşılaşmada heç-heçəyə razılaşıb. 12 turdan sonra aktivində 5 xalı olan Teymur Rəcəbov 8 şahmatçı arasında 7-ci mövqedə qərarlaşıb. Bu gün Linares turnirində 13-cü turun görüşləri keçiriləcək Teymur Rəcəbov norveçli Maqnus Karsenlə qarşılaşacaq.
Qeyd edək ki, 17 gün davam edəcək Linares superturnirinə martın 7-də yekun vurulacaq. Ümumi mükafat fondu 314 min avro təşkil edən turnirin qalibini 100 min avro məbləğində pul mükafatı gözləyir.
Elvin Rəsul/ANS PRESS/
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||