İspaniyada keçirilən şahmat üzrə ənənəvi Linares superturnirində 10-cu tura yekun vurulub. Şahmatımızın lideri Teymur Rəcəbov yarışda ilk qələbəsini erməni qrossmeyster Levon Aronyanla oyunda qazanıb. İndi aktivində 4 xal yarımı olan həmyerlimiz çinli Van Yue ilə birgə 6-7-ci yerləri bölüşdürür. Bu gün Linares superturnirində 11-cu turun oyunları keçiriləcək. Bu dəfə təmsilçimiz Teymur Rəcəbov rusiyalı Aleksandr Qrişukla üz-üzə gələcək. /ANS TV/