Teymur Rəcəbov Dünya Kubokunun 1/4 final mərhələsinə adlayıb
07 Sentyabr 2011 Çərşənbə 22:55
Teymur Rəcəbov Dünya Kubokunun 1/4 final mərhələsinə adlayıb. Digər həmyerlimiz Vüqar Həşimov isə danimarkalı beynəlxalq qrossmeyster Peter Heyne ilə görüşdə məğlub olub.
2 şahmatçımız Rusiyada keçirilən Dünya Kuboku uğrunda yarışda mübarizə aparır. Onlardan Teymur Rəcəbov ən güclü 8-liyə vəsiqə uğrunda rusiyalı Dmitri Yakovenkonu mübarizədən kənarlaşdırıb.

Digər həmyerlimiz Vüqar Həşimov isə danimarkalı beynəlxalq qrossmeyster Peter Heyne ilə görüşdə məğlub olub. İlk qarşılaşmada Vüqar qələbə qazandığından bu şahmatçılardan hansının növbəti mərhələyə adlayacağına tay-brekdə aydınlıq gələcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar